Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız - TUTULDU

Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız - TUTULDU Kriminal
Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutulub.

News24.az
xəbər verir ki, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub./APA/