Bakıda istirahət mərkəzində dəhşətli hadisə - ÖLƏN VAR

Bakıda istirahət mərkəzində dəhşətli hadisə - ÖLƏN VAR Kriminal
Bakı şəhər Sabunçu rayonu Bilgəh qəsəbəsində dəniz sahilində yerləşən istirahət mərkəzlərindən birində faciəli hadisə qeydə alınıb.

News24.az-ın əldə etdiyi məlumata görə, istirahət mərkəzində çalışan Cəlilabad rayon sakini olan 1991-ci il təvəllüdlü Zahir Tofiq oğlu Mirzəyev hündürlükdən yıxılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq o vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV