Bakıda kafe sahibini söyən ofisiant həbs edildi
Kriminal
Bakıda kafe sahibinin ünvanına təhqiramiz ifadələr işlədən ofisiant həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. “Avand” kafesinin sahibi Ç.Məmmədov müraciət edərək bildirib ki, tanışı 2002-ci il təvəllüdlü Qismət Xəlilov sosial şəbəkədə onun ünvanına təhqirlər səsləndirib.
Araşdırma zamanı məlum olub ki, Q.Xəlilov həmin kafe ilə üzbəüz yeləşən “Çay sarayı” kafesində ofisiant işləyir.
Belə ki, Məmmədovla onun müdiri arasında maşın alverinə görə mübahisə yaranıb. Bundan sonra Q. Xəlilov müdirinin münaqişəli olduğu şəxs barəsində “Tik-tok” sosial şəbəkəsində video paylaşıb.
Məhkəməyə edilmiş xüsusi ittiham qaydasında şikayətin araşdırılması zamanı Q.Xəlilovun Cəbrayıl rayonunda qeydiyyatda olması məlum olub. Bu səbəbdən iş həmin rayonun məhkəməsinə göndərilib. Məhkəmə onun 3 aylıq həbs edilməsi barədə hökm çıxarıb.
24 yaşlı ofisiant məhkəmə zalında həbs olunub.
Yaşar Araz