Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb Kriminal
Bakıda 35 yaşlı kişi bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bacısı oğlu ilə (ad və soyad dəqiqləşdirilir-red) mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Y.Abıyevin vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.