Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
Kriminal
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.
News24.az xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)