Bakıda mağazada qadını döyən şəxs həbs edildi

Bakıda mağazada qadını döyən şəxs həbs edildi Kriminal

Ötən gün Bakının Nəsimi rayonunda kişi həyat yoldaşını marketdə, azyaşlı övladının gözü qarşısında döyüb.

News24.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, 3 uşaq anası olan qadın illərdir həyat yoldaşının zorakılığına məruz qalır. Sonuncu hadisə isə marketdə, insanların və autizm spektrində olan ən kiçik övladının gözü qarşısında baş verib.

Faktla bağlı polis araşdırma aparıb. Əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb və inzibati qaydada həbs olunub.