Bakıda müəllimi təhqir edən valideyn cəzalandırıldı
Kriminal
Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən məktəbdə müəllimi təhqir edən valideyn barəsində tədbir görülüb.
News24.az-ın əldə etdiyi məlumata görə, məktəbin müəllimi 39-cu Polis Bölməsinə müraciət edərək, şagirdlərdən birinin valideyninin onu söyərək ləyaqətini alçaltdığını bildirib.
Aparılan araşdırma zamanı müəyyən edilib ki, hadisə baş verən gün müəllim şagirdləri dərsdən evə buraxıb. Lakin şagirdlərdən birinin valideyni məktəbə gec gəlib. Məktəbin qarşısına gələn Şuşa şəhər sakini, 1986-cı il təvəllüdlü R. Sadıqov (şərti ad) övladının yolun kənarında olduğunu görüb və məktəbə daxil olaraq, uşağın valideynini gözləmədiyi üçün müəllimi təhqir edib. Məktəbin direktoru onu otağına dəvət edərək söhbət aparıb və valideyn müəllimdən üzr istəyib