Bakıda ticarət köşkünə silahlı basqın oldu

Bakıda ticarət köşkünə silahlı basqın oldu Kriminal

Bakıda ticarət köşkünə silahlı basqın edilib.


News24.az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35-də baş verib.


2 nəfər naməlum şəxs həmin ünvandakı ticarət köşkünə basqın edərək orada satıcı işləyən Nemət İsgəndərov və Ədalət Rzayevə bıçaqla hədə-qorxu gəlib, onları oldürəcəklərini bildiriblər. Naməlum şəxslər ticarət köşkündən 800 manat pul və 1000 manat dəyərində mobil danışıq kartı götürərək hadisə yerindən uzaqlaşıblar.


Faktla bağlı cinayәt işi başlanılıb.