Bakıda ticarət mərkəzindən meyit tapıldı

Bakıda ticarət mərkəzindən meyit tapıldı Kriminal

Bakıda ticarət mərkəzində meyit aşkar edilib.

News24.az xəbər verir ki, oktyabrın 15-də Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yerləşən “Qaradağ” ticarət mərkəzində kişi meyiti tapılıb. Ölən şəxsin tüfeyli həyat tərzi keçirən Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk olması müəyyənləşib.

63 yaşlı kişinin serroz xəstəliyindən öldüyü bildirilib.

Araşdırmalar aparılır.


Yaşar Araz