Bakıda tiktokerin həbsinə səbəb olan hadisənin - TƏFƏRRÜATI

Bakıda tiktokerin həbsinə səbəb olan hadisənin - TƏFƏRRÜATI Kriminal
Bir neçə gün Bakıda “Ömər” adı ilə tanınan tiktoker, 2000-ci il təvəllüdlü Rövən Camirzəyevin həbs edilməsi barədə xəbər vermişdik.

News24.az-ın əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilən və İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinən tiktokerin həmin gün Yusif Məmmədəliyev küçəsində sərxoş halda qadınla dalaşması üzə çıxıb.

Belə ki, Qusar rayon sakini olan və Bakıya gələrək hoteldə yaşayan tiktoker həmin gün sərxoş halda elektrik skuterini insanların sıx olduğu yerdə qadının üzərinə sürüb. Bu zaman onların arasında münaqişə baş verib. Münaqişədən sonra Rövşən Camirzəyev skuteri yenidən həmin qadının üstünə sürərək onu qorxudub. Bunu görən qadın polisə mürəciət edərək hadisə barədə məlumat verib.

Bundan sonra işə polis qarışıb. Saxlanılan tiktokerin içkili olması məlum olub və ona 15 sutka həbs cəzası verilib. 

Qeyd edək ki, son iki ayda Bakıda bir çox məşhur tiktokerlər xuliqanlıq maddəsinə görə inzibati həbs edilib.

Taleh BAĞIROV