Bakıda toya gedən ana və övladını maşın vurub

Bakıda toya gedən ana və övladını maşın vurub Kriminal

Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı biri uşaq olmaqla, iki nəfəri maşın vurub.

News24.az xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib.

1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı qızı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən onları “Daewoo” markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.