Bakıda usta işlədiyi evdən 10 minlik qızıl oğurladı

Bakıda usta işlədiyi evdən 10 minlik qızıl oğurladı Kriminal

Bakının Suraxanı rayonu ərazisində ev qarət olunub.

DİN mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.