Bakıda velosipedləri oğurlayan şəxs saxlanıldı

Bakıda velosipedləri oğurlayan şəxs saxlanıldı Kriminal

Paytaxtın Binəqədi rayonunda dörd nəfərə məxsus dəyəri 2000 manatdan çox olan velosipedlər oğurlanıb.

News24.az xəbər verir ki, daxil olmuş məlumatlar əsasında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı Hikmət Burcəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla o, binaların blokunda, eyni zamanda digər ərazilərdə sahibsiz olan velosipedləri günün müxtəlif vaxtlarında talayıb.

Faktla bağlı ərazi polis orqanında araşdırma aparılır. /Unikal/