Bakıda zavodda qorxunc hadisə - İşçinin barmağı amputasiya edildi

Bakıda zavodda qorxunc hadisə - İşçinin barmağı amputasiya edildi Kriminal
Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma zavodunda bədbəxt hadisə baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, zavodda çalışan Lökbatan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Şirin Tahirovun əli yükün altında qalıb.
Ona dərhal tibbi yardım göstərilib və bir barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV