Bakıya pomidor-bibər gətirib satmaq istəyirdi, - qəzaya düşüb xəstəxanalıq oldu

Bakıya pomidor-bibər gətirib satmaq istəyirdi, - qəzaya düşüb xəstəxanalıq oldu Kriminal

Bakı-Quba yolunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, Qubadan Bakıya pomidor və bibər gətirən "Ford" markalı yük maşını beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.