Balakən sakinindən - NARKOTİK GÖTÜRÜLDÜ

Balakən sakinindən - NARKOTİK GÖTÜRÜLDÜ Kriminal
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb. Əvvəllər də məhkum olunmuş Balakən şəhər sakini İntiqam Məmmədova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman 9 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı İ.Məmmədov barəsində  Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.