Biləsuvarda dəhşətli faciə, - oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, - oğul anasını traktorla vurub öldürdü Kriminal

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.


News24.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində olub.


Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.


Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.