Biləsuvarda karantin qaydalarını pozanlar - HƏBS EDİLDİ

Biləsuvarda karantin qaydalarını pozanlar - HƏBS EDİLDİ Kriminal
Biləsuvarda karantin qaydalarını pozanlar həbs edilib.

News24.az xəbər verir ki, Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda “Kia Rio” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də, o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.

Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər.

Həmin şəxslər dərhal Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.