Binəqədidə oğurluq edən 2 şəxs saxlanılıb

Binəqədidə oğurluq edən 2 şəxs saxlanılıb Kriminal

Binəqədi rayonunda oğurluq edən 2 şəxs saxlanılıb.

Bu barədə News24.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.