"Biz gələndə ciyəri dağılmışdı" - Salyandakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
Kriminal
Salyanın Qardili kəndində dəhşətli qətl hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə gecə saat 3 radələrində qeydə alınıb.
46 yaşlı kənd sakini Famil Hüseynalı oğlu Lətifov odlu silahla qətlə yetirilib.
Hadisə yerinə gələn şahidlərin sözlərinə görə, 46 yaşlı Familə dəyən güllənin qırmaları daha sonra onun bədənini dələrək divara dəyib.
Məlumata görə, Famil Lətifov bacısının həyat yoldaşı, 60 yaşlı Natiq Sadıqov tərəfindən ov tüfəngi ilə öldürülüb. Faciənin şahidi olan mərhumun anası Mələk Lətifovanın sözlərinə görə, iki tərəf arasında əvvəllər də münaqişələr yaşanıb. Lakin heç kim hadisənin bu həddə çatacağını gözləməyib.
Mərhumun anası iddia edir ki, kürəkəni Natiq Sadıqov spirtli içki aludəçisi olub. Hadisənin də sərxoş vəziyyətdə törədildiyi bildirilir.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən 60 yaşlı Natiq Sadıqov saxlanılıb və istintaqa təhvil verilib. Ondan hadisə zamanı istifadə etdiyi ov
Faktla bağlı araşdırma aparılır.