Biznes qurmaq adı ilə dələduzluq edən şəxs saxlanıldı

Biznes qurmaq adı ilə  dələduzluq edən şəxs saxlanıldı Kriminal

Sumqayıt şəhərində zərərçəkən polisə müraciət edərək 24 min manat maddi vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı İ.Quliyev saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma zamanı İ.Quliyevin zərərçəkənə birgə biznes qurmaq vədi verərək onun qızıl-zinət əşyalarını satdığı və pulu ələ keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir