Borc istədi, ala bilmədikdə bu yola əl atdı

Borc istədi, ala bilmədikdə bu yola əl atdı Kriminal

Borc istədiyi tanışını sonradan talayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 6-da paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub.

Araşdırma aparılır.