Bulvardakı məşhur restoranda insident – Həbs edilən var

Bulvardakı məşhur restoranda insident – Həbs edilən var Kriminal

Bakı şəhəri Səbail rayonu Dənizkənarı bulvar ərazisində yerləşən “Yaban” restoranında insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, gecə saat 00:30 radələrində restoranda qonaq olan müştərilərdən biri sərxoş halda oradakı digər qadın müştəriləri narahat etməyə başlayıb.

Həmin şəxsə restoran əməkdaşı tərəfindən xəbərdarlıq olunsa da, o, əməllərinə davam edib. Nəticədə dava-dalaş başlayıb və qadınlara sataşan şəxs restorandan çıxarılıb. Hadisə ilə bağlı əraziyə polis dəvət edilib.

“Yaban” restoranında dava salan şəxsin 1988-ci il təvəllüdlü Abşeron rayon sakini S.Süleymanov olması müəyyən edilib və onun barəsində inzibati protokol tərtib edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutkalıq inzibati həbs edilib.