Cəlilabadda məktəblilər dalaşdı, birinin atası bıçaqlandı - Yeniləndi

Cəlilabadda məktəblilər dalaşdı, birinin atası bıçaqlandı - Yeniləndi Kriminal

Cəlilabad rayonunda məktəblilər arasında yaranan mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə dönüb.

News24.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Belə ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri olan Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.

Tərəflər arasında baş verən mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. (Unikal)


Dünən saat 20:00 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona dəqiqləşdirilməmiş çoxsaylı açıq yaralar diaqnozu təyin edilib: "Pasiyent cərrahi əməliyyata alınıb, hazırda vəziyyəti stabil qiymətləndirilir".