Çörək sexində - YANĞIN

Çörək sexində - YANĞIN Kriminal
Qazax rayonunun İkinci Şıxlı kəndində ümumi sahəsi 280 m² olan  birmərtəbəli tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) plastikdən ibarət üzlüyü, tavanı və divarında quraşdırılan taxta piştaxtalar 150 m² sahədə yanıb.

FHN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.