Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı Kriminal

Dekabrın 10-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 229, o cümlədən borclu şəxs qismində axtarışda olan 207 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.