Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı Kriminal

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 329, o cümlədən borclu şəxs qismində axtarışda olan 305 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.