Daşkəsəndə avtomobil piyadanı vurdu, - xəstəxanaya çatdırılmadan öldü

Daşkəsəndə avtomobil piyadanı vurdu, - xəstəxanaya çatdırılmadan öldü Kriminal
Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, qəza avqustun 15-də saat 19 radələrində qeydə alınıb. 
Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.