Daşkəsəndə meyiti tapılan kişi küt alətlə öldürülüb

Daşkəsəndə meyiti tapılan kişi küt alətlə öldürülüb Kriminal

Daşkəsən rayonunda kişi meyiti aşkarlanıb.
News24.az  "Report"a istinadən  xəbər verir ki, bu, Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Qurban Oruc oğlu Abdullayevdir.
Onun baş nahiyəsindən küt ailətlə ağır xəsarət alaraq öldüyü bildirilir.
Q.Abdullayevin meyiti Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında aşkarlanıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.