DİN: 17 cinayətin açılması təmin olunub

DİN: 17 cinayətin açılması təmin olunub Kriminal

Avqustun 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub.

News24.az DİN-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumən 106, o cümlədən borclu şəxs qismində 84 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.