DSX və DİN-dən ƏMƏLİYYAT: - 5 kiloqram tiryək AŞKARLANDI

DSX və DİN-dən ƏMƏLİYYAT: - 5 kiloqram tiryək AŞKARLANDI Kriminal
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı müba­ri­zə sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 21 sentyabr, saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DSX və DİN-dən ƏMƏLİYYAT: - 5 kiloqram tiryək AŞKARLANDI DSX və DİN-dən ƏMƏLİYYAT: - 5 kiloqram tiryək AŞKARLANDI DSX və DİN-dən ƏMƏLİYYAT: - 5 kiloqram tiryək AŞKARLANDI