Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb edildi
Kriminal
Ötən gün evlərində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim istintaqa cəlb edilib.
News24.az-ın məlumatına görə, Əli Kərimli və Məmməd İbrahim artıq Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində tanınıblar.
Hələlik onlara ittiham elan edilməyib.(Qafqazinfo)