Evindən 10 min oğurlandı - İşçisi saxlanıldı

Evindən 10 min oğurlandı - İşçisi saxlanıldı Kriminal

Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.

DİN-dən News24.az-a bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.