Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanıldı Kriminal

Qaradağ rayonu ərazisində yerləşən yarımçıq tikililərdən birindən 110 metr naqil və müxtəlif təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin rayon ərazisində daha iki yarımçıq tikilidən də oğurluq etdikləri məlum olub.

Faktla bağlı araşdırma aparılır.