Futbolçunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Kriminal
"Kəpəz" komandasının futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə News24.az DİN Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.