Gədəbəydə ana və oğlunu güllələyib yandıran şəxsin - MƏHKƏMƏSİ BAŞLAYIB

Gədəbəydə ana və oğlunu güllələyib yandıran şəxsin - MƏHKƏMƏSİ BAŞLAYIB Kriminal
Gəncə Ağır Cinayətlər Məhkəməsində ana və oğlunu güllələyib daha sonra yandıran Əmiraslan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az-ın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 12-ə təyin edilib.

Qeyd edək ki, hadisə  ötən il avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində baş verib. /APA/