Gəncədə 13 yaşlı oğlan dəm qazından öldü

Gəncədə 13 yaşlı oğlan dəm qazından öldü Kriminal
Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu yaşadığı evdə dəm qazından boğulub.

O, xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.