Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı Kriminal

Gəncədə yeniyetmələrin mübahisəsi cinayətlə nəticələnib.

News24.az xəbər verir ki, 17 yaşlı H.İsayev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı A.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo