Gəncədə 59 yaşlı kişi bıçaqlandı
Kriminal
Gəncədə bıçalanma hadisəsi baş verib. 12.01.2026-cı il tarixində saat 07:00 radələrində 1967-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yyaıb. Bildirilib ki, ona döş qəfəsinin açıq yarası, sol bazu nahiyəsinin, kəsilmiş deşilmiş yarası və dəqiqləşdirilməmiş pnevmatoraks diaqnozları təyin olunub.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.