Gəncədə ağır qəza - Ölən və yaralananlar var - Foto - Yeniləndi

Gəncədə ağır qəza - Ölən və yaralananlar var - Foto - Yeniləndi Kriminal

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Fiat Doblo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Fiat”da olan sərnişin hadisə yerində ölüb.

Daha 3 nəfər - Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.

Hadisədə ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.(Qafqazinfo)

09:35


Oktyabrın 28-i saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.

Gəncədə ağır qəza - Ölən və yaralananlar var - Foto - Yeniləndi Gəncədə ağır qəza - Ölən və yaralananlar var - Foto - Yeniləndi