Gəncədə məktəbli oğlan qətlə yetirildi

Gəncədə məktəbli oğlan qətlə yetirildi Kriminal

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə  şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, görə iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü V.Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qətlə yetirilən yeniyetmənin 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorkuğunda araşdırma başlanılıb. (Qafqazinfo)