Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur

Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur Kriminal

Gəncədə qadın qətlə yetirilib. 

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, qətli mərhumun oğlu törədib.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L.Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb. (Qafqazinfo)