Gömrükçülər sərhəddə 3 milyon rubl aşkar edib

Gömrükçülər sərhəddə 3 milyon rubl aşkar edib Kriminal
Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobilə baxış keçirilib.

Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.
Gömrükçülər sərhəddə 3 milyon rubl aşkar edib Gömrükçülər sərhəddə 3 milyon rubl aşkar edib Gömrükçülər sərhəddə 3 milyon rubl aşkar edib