Goranboyda qayınana gəlinini - GÜLLƏLƏDİ

Goranboyda qayınana gəlinini - GÜLLƏLƏDİ Kriminal


Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

News24.az-ın Report-a istinadən məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.

Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.