Göygöldə qan - TÖKÜLDÜ

Göygöldə qan - TÖKÜLDÜ Kriminal
Göygöldə bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Aşıq Ələsgər kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Bayramov Eşqin Qaçay oğlu sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.