Gülarəni öldürən 18 yaşlı qardaşının FOTOLARI

Gülarəni öldürən 18 yaşlı qardaşının FOTOLARI Kriminal

Bakıda 23 yaşlı ögey bacısını qətlə yetirən Ayxan Mehdiyevin fotoları yayılıb.

News24.az həmin fotoları təqdim edir.

BakuPostBakuPostBakuPostBakuPost

Xatırladaq ki, hadisə noyabrın 16-da saat 14:30 radələrində evin mətbəxində baş verib. İddialara görə, 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək ona üç ağır zərbə endirib.

Gülarənin səsini eşidən qonşular hadisə yerinə gələrək təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda araşdırma davam etdirilir./Bakupost/