İsmayıllıda 28 yaşlı oğlan bıçaqlandı

İsmayıllıda 28 yaşlı oğlan bıçaqlandı Kriminal

İsmayıllıda 28 yaşlı oğlan bıçaq xəsarəti alıb.

News24.az xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.

Ona xəsarət yetirməkdə 2003-cü il təvəllüdlü Musa Xəlilli şübhəli bilinir. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.