İki qardaş yol qəzasında - HƏLAK OLDU

İki qardaş yol qəzasında - HƏLAK OLDU Kriminal
Avqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.