"Şəkili Pərviz" saxlanıldı
Kriminal
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
News24.az xəbər verir ki, "TikTok"da "Şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.ews24