Küçədə keçmiş qayınanası ilə dalaşan şəxs həbs edildi
Kriminal
Ağcabədi rayonunda keçmiş qayınanası ilə dalaşan şəxs həbs olunub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Polisə müraciət edən qadın qızının keçmiş ərinin küçədə ona hücum etdiyini, söyərək təhqir etdiyini deyib. Müraciətlə əlaqədar 1989-cu il təvəllüdlü E.Kərimov saxlanılıb.
Məlum olub ki, hadisə onun qayınanası uşaqları məktəbdən götürmək istəyərkən baş verib.
E.Kərimovun həmin vaxt sərxoş halda olması qeyd edilib.
Ağcabədi rayon məhkəməsinin qərarı ilə 37 yaşlı şəxsə 8 sutkalıq inzibati həbs cəzası verilib.
Yaşar Araz